9 C
Baku
21 Dekabr 2025, 14:43
Baş xəbərMədəniyyət

“Qızıl disk” sahiblərinə təqdim olundu – FOTO + VİDEO

Bugun.tv xəbər verir ki, Azərbaycanda “Qızıl Disk” mukafatlandırma mərasimi keçirilib. Tədbirin təşkilatçısı Zirvə İslahatlara Dəstək Mərkəzinin sədri Elçin Axundzadənin sözlərinə görə, təltifetmə, Azərbaycan-Türkiyə qardaşlığı üzərindən təşkil olunub.

“Bu mərasim artıq 2-ci dəfədir ki, ölkədə keçirilir. Yeniliklər ondan ibarətdir ki, bir sıra nominasiyalar əlavə edilib. Bunların arasında media işçiləri və qadın sahibkarlar da var. Mükafatlandırmaya Türkiyədən də qaliblər dəvət olunub. Bunlar, Koray Bozat və Atakan Tasurdu”.

Elçin Axundzadə Bugun.tv-yə verdiyi müsahibəsində onu da bildirib ki, bu il Azərbaycan üçün mühim bir ildir. Bu il Heydər Əliyevin yüzilliyidir. “Qızıl Disk” mükafatı da məhz Ulu öndərə həsr olunub.

“Bu gün TV” də mükafatçılar sırasında olub. Həmkarlarımızı ürəkdən təbrik edirik, fəaliyyətlərində uğurlar arzulayırıq!

Müxbir: Kərim İbrahimli

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng etdi

Aynur Camal

Müəllimləri döyən şübhəlilər həbs edilib

Bugün TV

Yük maşını işıqda gözləyən vasitələrə dəydi: 12 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu