İtalyan rəssam Maurizio Cattelan tərəfindən hazırlanmış 18 karatlıq qızıl unitaz Nyu-Yorkdakı Sotheby’s hərracında satılıb. “Amerika” adlı 101 kiloqramlıq, bütöv qızıl unitaz 12,1 milyon dollara satılıb. Qızıl unitazı alan kolleksiyaçının adı açıqlanmayıb.
Cattelan hərracdan əvvəl ictimaiyyətə nümayiş etdirilən qızıl unitazın ABŞ-dakı həddindən artıq sərvəti satmaq üçün nəzərdə tutulduğunu bildirib. Əvvəlki açıqlamasında Cattelan yumoristik şəkildə qeyd etmişdi: “İstər 200 dollarlıq nahar, istərsə də 2 dollarlıq hot-doq yesəniz, nəticə tualet üçün eynidir”.
Unitaz Maurizio Cattelan tərəfindən 2016-cı ildə yaradılmış iki unitazdan biri idi. Digəri 2016-cı ildə Nyu-Yorkdakı Quqgenhaym Muzeyində nümayiş etdirilib və daha sonra keçmiş Britaniya Baş naziri Uinston Çörçillin doğulduğu kənd mülkü olan Blenhaym Sarayında nümayiş etdirilərkən oğurlanıb. Soyğunçuluqda iki şübhəli saxlanılıb, lakin qızıl unitaz heç vaxt tapılmayıb. Onun sındırılaraq əridildiyi güman edilir.
Kattelanın əvvəlki əsərlərindən biri divara yapışdırılmış bananın təsvir olunduğu “Komediyaçı” əsəri idi. Kattelanın “Divara yapışdırılmış banan” əsəri 2024-cü ildə Sotheby’s hərracında 6,2 milyon dollara satılıb.
Mənbə: Hurriyet.com
