27 C
Baku
28 İyun 2025, 11:41
Baş xəbərHadisəKriminal

Qanunsuz ov edən şəxs saxlanıldı 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən  tədbirlər keçirilib.

Tədbirlər zamanı Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslər aşkarlanıb. Növbəti tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində qanunsuz balıq ovlayan Masallı rayon sakini Anar Həsənov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, sintetik torlar və qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. Onun təbiətə 1155 manat dəyərində ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Kreml: “Priqojinin təyyarə qəzası ilə bağlı Qərbin fərziyyələri yalandır”

Bugün TV

Taksidə silahlı hücum

Bugün TV

Yaponiyanın radioaktiv suyunun okeana buraxılmasına Çin reaksiya verdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu