Dünya

Qlazqoda güclü yanğın: tarixi bina qismən uçdu, dəmir yolu stansiyası bağlandı

Glasgow şəhərində baş verən güclü yanğın tarixi binanın bir hissəsinin uçmasına və ölkənin ən işlək dəmir yolu qovşaqlarından biri olan Glasgow Central Station stansiyasının fəaliyyətinin dayandırılmasına səbəb olub.

Məlumata görə, yanğın bazar günü yerli vaxtla saat 16:00 radələrində stansiyanın yaxınlığında yerləşən dördmərtəbəli kommersiya binasının birinci mərtəbəsində başlayıb. Hadisə yerinə onlarla yanğınsöndürən cəlb olunub və alovun söndürülməsi üçün xüsusi texnikalardan istifadə edilib.

Şotlandiyanın yanğından mühafizə xidməti bildirib ki, yanğın uzun müddət davam edib və gecə saatlarına qədər tam söndürülməyib. Ən gərgin vaxtda hadisə yerinə 18 yanğınsöndürmə texnikası və xüsusi avadanlıq göndərilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə binadan qalın tüstünün qalxdığı və alovun dam örtüyünü bürüdüyü görünür. Videolarda həmçinin hadisə yerində güclü partlayışa bənzər səslərin eşidildiyi qeyd olunur.

Yanğın nəticəsində itkilər barədə hələlik məlumat verilməyib. Lakin təhlükəsizlik səbəbindən Network Rail şirkəti stansiyaya bütün qatar reyslərinin müvəqqəti dayandırıldığını açıqlayıb. Bildirilib ki, stansiya ən azı yaxın günlərdə bağlı qala bilər.

Şotlandiyanın birinci naziri John Swinney hadisə ilə bağlı narahatlığını ifadə edərək, xilasedicilərə operativ fəaliyyətlərinə görə təşəkkür edib və sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, Glasgow Central Station 1873-cü ildə inşa edilib və Şotlandiyanın ən işlək dəmir yolu stansiyalarından biri hesab olunur. Stansiya ölkənin müxtəlif şəhərləri ilə yanaşı, Edinburgh və London ilə də birbaşa dəmir yolu əlaqəsi təmin edir.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Avstraliyada “Katy Perry” adı ilə bağlı məhkəmə: dizayner pop ulduzuna qarşı qalib gəldi

Aynur Camal

İran Hörmüz boğazında gəmilərə hücum edir: qlobal neft marşrutu təhlükə altındadır

Aynur Camal

Ərdoğan BMT Baş katibi Quterreşi qəbul edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu