5 C
Baku
26 Yanvar 2026, 19:31
Dünyaİqtisadiyyat

Qlobal bazarlar Davosdan gələcək mesajlara fokuslandı

Qlobal maliyyə bazarlarında risk iştahı ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı sərt mövqeyi və yeni tarif müharibəsi ehtimalları fonunda zəifləyib. İnvestorların diqqəti Trampın Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində edəcəyi çıxışa yönəlib.

ABŞ administrasiyasının Qrenlandiya məsələsində israrını artırması və Avropa ölkələrinə qarşı tarif təhdidləri bazarlarda qeyri-müəyyənliyi gücləndirib. Tramp ABŞ-ı dəstəkləməyən 8 Avropa ölkəsinə fevralın 1-dən 10%, iyunun 1-dən isə 25% gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb. Avropa liderlərinin mümkün cavab tədbirləri isə yeni ticarət müharibəsi qorxularını artırıb.

Bu prosesdə riskdən yayınan investorlar qızıla yönəlib. Qızılın uns qiyməti tarixi maksimumlara yüksəlib. ABŞ xəzinə istiqrazlarında isə satışlar güclənib və 10 illik istiqraz faizi son aylardakı ən yüksək səviyyələrdən birini görüb. Dollar indeksi isə kəskin zəifləyib.

ABŞ birjalarında satış dalğası müşahidə olunub, əsas indekslər əhəmiyyətli itkilərlə günü başa vurub. Avropa birjalarında da Trampın açıqlamaları və Avropa İttifaqı–ABŞ münasibətlərində gərginlik fonunda mənfi dinamika qeydə alınıb. Asiya bazarlarında isə qarışıq mənzərə formalaşıb.

Türkiyədə isə Borsa İstanbul qlobal bazarlardan müsbət ayrışaraq rekord səviyyədə bağlanıb. BIST 100 indeksi yüksəlişini davam etdirib, dollar/TL isə nisbətən sabit qalıb.

Digər tərəfdən, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında telefon danışığı baş tutub. Görüşdə ikitərəfli münasibətlər, Suriya məsələsi və regional təhlükəsizlik mövzuları müzakirə edilib. Tramp görüşü “çox yaxşı telefon danışığı” kimi dəyərləndirib.

Analitiklər bildirir ki, Davosdan veriləcək mesajlar, xüsusilə Qrenlandiya və tarif siyasəti ilə bağlı açıqlamalar yaxın günlərdə qlobal bazarların istiqamətini müəyyən edəcək əsas faktor olacaq.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Pandalara vida: Minlərlə insan zooparka axışdı

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

Pensiya kapitalı nə qədər artırılacaq? Rəsmi rəqəm elan olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu