6 C
Baku
23 Fevral 2026, 9:58
Baş xəbərDünya

Qlobal zərbə PUA-ları bazarının 65 faizi Türkiyənin payına düşür

Bugun.tv xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Baykar”ın İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib. Onun sözlərinə görə, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları müasir texnologiyaların və maya dəyərinin sərfəli birləşməsidir. O, Türkiyə müdafiə sənayesinin nailiyyətlərinə diqqət çəkərək əlavə edib: “Biz PUA-ların daşıya biləcəyi, məhsullarımızı fərqləndirən geniş çeşiddə sursat da təklif edirik”. “Baykar” şirkəti İdarə Heyətinin sədri gəmilərin qısa uçuş-enmə zolaqlarından istifadə edə bilən yeni “Bayraktar TB3” hücum PUA-sının imkanlarından danışıb. O qeyd edib: “Dünya istehsalçıları, o cümlədən ABŞ-dan olanlar bu məsələdə bir-biri ilə rəqabət aparırdı. Bu layihəni uğurla başa vuran ilk ölkə Türkiyə oldu. “Bayraktar TB3” müxtəlif hava şəraitində dəniz gəmilərinə 170 avtomatik eniş-qalxış edib”.

Bugün TV

Oxşar xəbərlər

Ukrayna: Rusiya 50 raket və 297 PUA ilə eyni vaxtda hücum edib

Aynur Camal

Ramazan ayında Qəzzada fələstinlilər aclıqla mübarizə aparır

Aynur Camal

Abbas Araqçi: “Təslim olmuruq, çünki biz iranlıyıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu