19 C
Baku
8 Sentyabr 2024, 4:08
Dünya

Qocalar evinə silahlı hücum: Çoxlu ölü və yaralı var

Xorvatiyada qocalar evinə silahlı basqın edilib. Hücum edən polis tərəfindən yaxalanarkən, 5 nəfərin həyatını itirdiyi bildirilir.

Xorvatiyanın Daruvar şəhərində qocalar evinə silahlı basqın edilib. Hücumda 5 nəfər ölüb, 5 nəfər ağır, 7 nəfər yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaçsa da, polisdən qaça bilməyib və kafedə yaxalanıb. Lazımi köməyi göstərmək və araşdırma aparmaq üçün bölgəyə təcili yardım qruplarının göndərildiyi öyrənilib.

Xorvatiya prezidenti Zoran Milanoviç açıqlamasında hücumun görünməmiş və amansız cinayət olduğunu bildirib və deyib: “Bu, ciddi xəbərdarlıqdır və bütün səlahiyyətli orqanlara cəmiyyətdə zorakılığın qarşısını almaq üçün, o cümlədən silahlara daha sərt nəzarət etməklə daha çox işlər görməyə son çağırışdır”.

Xorvatiyanın baş naziri Andrey Plenkoviç hücumla bağlı bu açıqlamaları verib:

“Daruvardakı qocalar evində 5 nəfərin öldürülməsi bizi dəhşətə gətirir. Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralıların sağalmasına ümid edirik”.

Səlahiyyətlilər həmin şəxsin hücumu niyə törətməsi ilə bağlı araşdırma başlasa da, hücum edənin Xorvatiyanın müstəqillik müharibəsi veteranlarından biri olduğunu təxmin edirlər.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Google erası başa çatır? OpenAI yeni axtarış sistemini işə salır

Aynur Camal

TÜRKPA Missiyası Türkiyədə seçki məntəqələrində

Nigar Məmmədova

ABŞ dövlət katibi Entoni Blinken Tel-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu