14 C
Baku
16 Noyabr 2025, 7:09
Baş xəbərKriminal

Qonşusunu yaşadığı evdə qəsdən öldürdü

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən Bugun.tv xəbər verir ki, Şəmkir rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olunub.

Belə ki, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Əntiqə Məmmədova yaşadığı evdə qəsdən öldürülüb.

Polis və prokurorluq əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində aydın olub ki, hadisəni 1986-cı il təvəllüdlü Fariz Cəlilov törədib. O cari il fevralın 19-da qonşusu Əntiqə Məmmədovanın yaşadığı evə gələrək ona olan borcu tələb edib.

Lakin borcu ödənildikdən sonra aralarında mübahisə yaranıb. Və araşdırmalar zamanı, F. Cəlilovun evin mətbəxindən götürdüyü bıçaqla Əntiqə Məmmədovaya çoxsaylı xəsarətlər yetirməsi müəyyən edilib.

Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsədn adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Ticarət müharibəsində qısa fasilə: ABŞ Kanadaya tarifləri ən azı 30 gün dayandırır

Aynur Camal

Şimali Koreya əsgərləri Ukraynaya qarşı döyüşəcək

Aynur Camal

Yeni kəşf edilən kometa bu həftə sonu müşahidə edilə bilər

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu