24 C
Baku
29 İyun 2025, 0:43
Kriminal

Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

Qonşusunun evindən 30 min manatlıq qızıl-zinət əşyası oğurlayan Yardımlı sakini saxlanılıb.

Bu barədə Yardımlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının  keçirtdiyi əməliyyat  nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakini Samir Böyükxanlı müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, zərərçəkmişin qonşusu ev sahibinin olmadığını bildiyi üçün gecə həmin ünvana daxil olub. Oğurladığı qızıl-zinət əşyalarının bir qismi S.Böyükxanlıdan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkar olunaraq götürülüdü

Kəmalə Sultan

Ötən gün ölkə ərazisində baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Qanunsuz fəaliyyət göstərən qumarxana aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu