9 C
Baku
9 Fevral 2026, 18:39
Kriminal

Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

Qonşusunun evindən 30 min manatlıq qızıl-zinət əşyası oğurlayan Yardımlı sakini saxlanılıb.

Bu barədə Yardımlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının  keçirtdiyi əməliyyat  nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakini Samir Böyükxanlı müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, zərərçəkmişin qonşusu ev sahibinin olmadığını bildiyi üçün gecə həmin ünvana daxil olub. Oğurladığı qızıl-zinət əşyalarının bir qismi S.Böyükxanlıdan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

$600 Körpə Satışı: İndoneziyada Uşaq Alveri Üzüyü oğurlandı

Aynur Camal

“İnter-Server” 35 illiyini qeyd edir

Aynur Camal

Ölüm səbəbi nədir?- Araşdırılır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu