Qonşusunun evindən 30 min manatlıq qızıl-zinət əşyası oğurlayan Yardımlı sakini saxlanılıb.
Bu barədə Yardımlı rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirtdiyi əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakini Samir Böyükxanlı müəyyən edilərək saxlanılıb.
Məlum olub ki, zərərçəkmişin qonşusu ev sahibinin olmadığını bildiyi üçün gecə həmin ünvana daxil olub. Oğurladığı qızıl-zinət əşyalarının bir qismi S.Böyükxanlıdan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
