Bugun.tv xəbər verir ki, bütün musiqi platformalarında və Youtube kanalında Qorqud təxəllüsü ilə tanınan Elvin Novruzovun ifasında Aygün Kazımovanın “Qoy işığı söndürüm” adlı məşhur mahnısının yeni versiyası yayımlanıb.
Qeyd edək ki, Qorqud A.Kazımova yaradıcılığının çoxdankı pərəstişkarıdır.
Onun sözlərinə görə, Azərbaycan estradasının ulduzu onu həmişə mahnıları ilə ruhlandırıb.
Uşaq ikən onun bəstələrini dinləyərək eyni populyar və məşhur sənətçi olmaq arzusunda idi.
Qorqud uzun müddətdir ki, pop-divanın mahnılarının remeykini etmək arzusunda olub. Onun seçimi çoxlu xatirələri olan Qoy işığı söndürüm bəstəsinə düşüb. Və bu mahnı 2000-ci ildə çıxsa da, hələ də aktualdır.
Nəhayət, bəstəni işıqlandırmaq qərarına gələn müğənni Nərmin Kərimbəyovaya duet təklif edib. Beləliklə, hər kəsin sevimli mahnısının yeni versiyası doğulduQeyd edək ki, Qorqud 2015-ci ildə ilk lisenziyalı layihə olan “Azərbaycanın səsi”ndə iştirakla başlayıb və o, yarımfinal mərhələsinə yüksəlib.
Çəkdiyi çətinliklərə baxmayaraq, uzun fasilədən sonra ifaçı Qorqud təxəllüsü götürərək hər şeyi sıfırdan başlayıb.
“Bağışla” yeni solo karyerasında əsas mahnı olmuşdu. İndi müğənninin musiqilərini tez-tez radioda eşitmək olur.
Qorqud 2023-cü ilin iyulunda Belarusda keçiriləcək “Slavyanski bazarı” beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edəcək.
Mənbə: media.az