Image default
Baş xəbərDünya

Qorxulu anlar: Parlament binası yandırıldı!

Avropanın ən böyük binası olan Rumıniya parlamentinin ziyarətçilər üçün bölməsi yandırılıb. Bildirilib ki, binadan 300-ə yaxın adam təxliyyə edilib və yanğını törədən şəxs hadisə yerindən qaçıb.

Rumıniyanın paytaxtı Buxarestdə naməlum şəxs parlament binasının ziyarətçilər üçün nəzərdə tutulmuş hissəsini yandırıb. Binada olan 300 nəfər təxliyə edilərkən, polis itən hücumçunu axtarır.

Rumıniyanın paytaxtı Buxarestdə Nümayəndələr Palatasının, Senatın, Konstitusiya Məhkəməsinin, müxtəlif dövlət qurumlarının və 3 muzeyin yerləşdiyi parlament binasında qorxulu anlar yaşanıb. Polisin verdiyi açıqlamada naməlum şəxsin parlament binasının ziyarətçilər üçün nəzərdə tutulmuş hissəsini yandırdığı bildirilib.

Binadan 300-ə yaxın insanın təxliyyə edildiyi, yanğını törədən şəxsin hadisə yerindən qaçdığı bildirilib. Hücumun səbəbi bilinməsə də, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Çin 2030-cu ilədək hər üç avtomobildən birini elektrikli etməyi hədəfləyir

Aynur Camal

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu