Cənubi Koreyada “Air Busan” şirkətinə məxsus “Airbus A321” tipli təyyarədə uçuşdan əvvəl yanğın baş verib. Gimhae hava limanında Honq Konqa getməyə hazırlaşan təyyarənin quyruq hissəsində yanğının başladığı bildirilib. Səlahiyyətlilər hadisə zamanı xəsarət alan olmadığını açıqlasa da, yanğının qısa müddətdə təyyarənin böyük bir hissəsinə keçdiyi bildirilib.
Cənubi Koreyada “Air Busan” şirkətinə məxsus “Airbus A321” tipli təyyarədə uçuşdan əvvəl yanğın baş verib. Gimhae hava limanında Honq Konqa getməyə hazırlaşan təyyarənin quyruq hissəsində yanğının başladığı bildirilib. Hadisə zamanı təyyarədə olan 170 sərnişin təcili evakuasiya slaydlarından istifadə edilərək sürətlə təyyarədən endirilib. Səlahiyyətlilər hadisə zamanı xəsarət alan olmadığını açıqlasa da, yanğının qısa müddətdə təyyarənin böyük bir hissəsinə keçdiyi bildirilib. Yanğının qarşısını almaq üçün səylər davam etsə də, hələlik yanğının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə: Ahaber