24 C
Baku
20 İyul 2025, 3:34
Baş xəbərDünya

Qorxunc xəbərdarlıq: Fuji dağının püskürməsinə hazır olun

Yapon alimləri Fuji dağının mümkün püskürməsinə qarşı hazırlıq görülməli və evakuasiya yollarının təmin edilməli olduğunu bildiriblər.

Yaponiya hökumətinin təşkil etdiyi paneldə Fuji dağının püskürməsi ehtimalı halında görüləcək tədbirlərlə bağlı müzakirələr aparılıb. Paneldən sonra dərc edilən hesabatda, sıx məskunlaşan Tokio və ətraf şəhərlərdə yaşayanların birdən-birə bölgəni tərk etmələrinin qeyri-real olacağı qeyd edilib. Hesabatda həmçinin vurğulanıb ki, hökumət məlumat yaymaq və evakuasiya yollarını qorumaq üçün bir sistem yaratmalıdır.

Panelə sədrlik edən Tokio Universitetinin fəxri professoru Fujii Toşitsuqu Yaponiyanın son 100 ildə böyük bir əraziyə kül yayan partlayışla rastlaşmadığını, lakin ölkənin indi belə bir fəlakətə hazır olması lazım olduğunu bildirib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Zaxarova: Rusiya İstanbuldakı görüşdən sonra ABŞ-la etimadı gücləndirməyi gözləyir

Aynur Camal

Saxlanılan şəxs polis əməkdaşlarına bıçaqla hücum edib

Aynur Camal

Dəhşətli qəza! Avtobus dərəyə uçdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu