Maraqlı faktlar

Qoyunlarını qurdlardan qorumaq üçün zireh hazırladı: 3 illik işin nəticəsi diqqət çəkdi

Bugun.tv xəbər verir ki, Avstriyada yaşayan fermer Rudolf Şaubaх qoyunlarını canavar hücumlarından qorumaq məqsədilə xüsusi qoruyucu zireh hazırlayıb.

Məlumata görə, Avropanın bir sıra bölgələrində canavar populyasiyasının artması fonunda fermerlər sürülərini qorumaq üçün yeni üsullar axtarırlar.

72 yaşlı Rudolf Şaubax üç il davam edən işin nəticəsində qoyunlar üçün plastik tikanlarla möhkəmləndirilmiş torvari qoruyucu sistem hazırlayıb.

Təxminən 2-3 kiloqram ağırlığında olan zireh xüsusilə canavarların ən çox hədəf aldığı boyun nahiyəsini qorumaq məqsədi daşıyır. İxtiraçı bildirib ki, tikanlı quruluş yırtıcı heyvana ciddi zərər vermədən ağrı hiss etdirərək gələcək hücumların qarşısını almağa kömək edə bilər.

Şaubax hazırladığı layihə üçün Avropa Patent Ofisindən patent aldığını da qeyd edib. Onun fikrincə, bu həll həm qoyunların, həm də canavarların qorunmasına xidmət edə bilər.

Bununla belə, heyvan hüquqları müdafiəçiləri və bəzi mütəxəssislər zirehin qoyunların hərəkətini məhdudlaşdıra, narahatlıq yarada və heyvan rifahı baxımından problemlərə səbəb ola biləcəyini bildiriblər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Bağ evində qalan tikinti materiallarından nə hazırlamaq olar: faydalı və sadə ideyalar

Aynur Camal

Alimlər qara dəliklərin illər sonra niyə radio siqnalları yaydığını müəyyən ediblər

Aynur Camal

Misirdə 2600 il torpaq altında qalmış nəhəng tikilinin izləri müəyyən edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu