13 C
Baku
14 Mart 2025, 15:03
Baş xəbərDünya

Qrenlandiyanın Baş naziri Egede Trampa: Ada satılmır

ABŞ prezidenti Donald Trampın adanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyi və onu ABŞ-a qoşulmağa dəvət etdiyi barədə açıqlamalarından sonra Qrenlandiyanın Baş naziri Mute Bourup Egede bir daha “onlar satılmır” deyib.

ABŞ-ın Qrenlandiyaya təzyiqi davam edir…

Qrenlandiyanın baş naziri Mute Bourup Egede Facebook hesabında yazdığı paylaşımda Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarına cavab verib.

“Qrenlandiyanın Qrenlandiyalılara aid olduğunu vurğulayan Egede, “Biz Amerikalı və ya Danimarkalı olmaq istəmirik, biz Qrenlandiyalıyıq. Amerikalılar və liderlərinin bunu anlaması lazımdır. Biz satılık deyilik və sadəcə olaraq götürülə bilmərik. Gələcəyimizə biz qərar veririk” dedi.

Tramp ABŞ Konqresindəki çıxışında Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiklərini və onu ABŞ-a qoşulmağa dəvət etdiklərini bildirib.

Adanı bir daha nəzarətə götürmək istəyini ifadə edən Tramp, “Milli təhlükəsizlik və hətta beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Düşünürəm ki, bu və ya digər şəkildə, onu əldə edəcəyik. Onu alacağıq və sizi təhlükəsiz saxlayacağıq”.

Tramp ABŞ administrasiyasına yenidən seçildikdən sonra tez-tez Qrenlandiyanı almaq istəyini ifadə edib.

ABŞ lideri 23 dekabr 2024-cü il tarixində Truth Social hesabındakı paylaşımında Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması ilə bağlı bəyanatını təkrarladı və adaya sahiblik və nəzarətin olmasının “mütləq zərurət” olduğunu müdafiə etdi.

Trampın bu sözləri bir çox insanın, xüsusən də Qrenlandiya rəsmilərinin reaksiyasına səbəb olub.

Qrenlandiyanın baş naziri Mute Bourup Egede, “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik” deyib.

Danimarka Krallığının çətiri altında olan Farer adaları və iki muxtar bölgədən biri olan Qrenlandiya Danimarkadan 3000 kilometr uzaqlıqda yerləşir.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

“Bakı xəbər” – 20 il bizimlə!

Bugün TV

İsraildə etrirazlar şiddətləndi

Aynur Camal

Qayınanası ilə evləndi, xərcləri qayınatası ödədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu