Yunanıstanda tənəffüs yolu infeksiyası hallarında ciddi artım müşahidə olunarkən, 1 nəfər dünyasını dəyişib, 7 nəfər reanimasiyaya yerləşdirilib.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) həftəlik hesabatına görə, qrip və digər tənəffüs yolu infeksiyalarında ciddi artım müşahidə olunub.
Qeyd edilib ki, ölkə üzrə qripə yoluxma hallarında müsbətlik göstəricisi mövsümi həddən artıq olub.
Bildirilib ki, 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 5-dək laboratoriya nəticələri ilə təsdiqlənmiş qrip səbəbindən 7 nəfər reanimasiyada müalicə olunub, 1 nəfər dünyasını dəyişib.
Mütəxəssislər gigiyena tədbirlərinə daha çox diqqət yetirməyə və yüksək riskli qrupları izdihamlı mühitlərdən uzaq durmağa çağırıb.
Mənbə: İlkha