MAQATE rəhbəri həmçinin İranın nüvə bombası düzəltməsinin nə qədər vaxt apara biləcəyi ilə bağlı fərziyyələrə qarşı xəbərdarlıq edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi hesab edir ki, İsrailin hücumları başlayanda İran nüvə bombası üzərində işləmirdi. O, bu barədə “La Nación” qəzetinə müsahibəsində bildirib.
Qrossi həmçinin İranın nüvə bombası yaratmasının nə qədər vaxt aparacağı ilə bağlı spekulyasiyalara qarşı xəbərdarlıq edib. MAQATE rəhbəri əlavə edib: “Biz xronoloji məsələlərdə çox diqqətli olmalıyıq. Hamımız İraqa silahlarından istifadə etmək üçün 45 dəqiqə lazım olduğu barədə faciəli bəyanatları xatırlayırıq…”.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Sonrakı günlərdə onlar yenidən atışmalar keçirdilər. Hər iki tərəf bu hücumlar nəticəsində itkilər verib və bir sıra hədəfləri vurduğunu etiraf edib.
Qarşılıqlı hücumlar indi də davam edir.
Qrossi “İran [nüvə] bombası hazırlayırdımı?” sualını cavablandıraraq, “İndiki məqamda cavab “yox”dur. Amma bunu deməyə aparan bir çox elementi var idi”.
Mənbə: mail.ru