22 C
Baku
Sentyabr 26, 2022
Digər

Quba rayonunda “Ailə institunun inkşafında adət-ənənələrin rolu” mövzusunda tədbirlər keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ailələrə Sosial Dəstək” ictimai birliyi “Ailə institutunun inkişafında adət-ənənələrin rolu” layihəsi çərçivəsində Quba rayonunda tədbirlər keçirib.

Maarifləndirici tədbirlərdə layihə rəhbəri Esmira Rəhimova yeniyetmələrə ailə dəyərləri sisteminin formalaşdırılması, nümunəvi ailələrin təbliğ edilməsi, ailədə övladlar arasında ayrıseçkiliyin mənfi təsirləri və erkən nikahın fəsadları barədə məlumatlar verdi. Bildirdi ki, layihə çərçivəsində aparılan maarifləndirmə işi ailə institutunun inkişafında öz sözünü deyəcəkdir. Qədim tarixə malik Quba rayonunda müxtəlif  xalqların nümayəndələri (tatlar, yəhudilər, ləzgilər, ruslar, tatarlar və digərləri) yaşayır. Onların yeniyetmə övladları da layihə vasitəsi ilə Azərbaycanın ailə dəyərləri, adət-ənənələri barədə maarifləndilər.

Layihənin eksperti yeniyetmələrə qurduqları ailədə sağlam mühitin formalaşması üçün milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxmağı tövsiyə edib.

Quba rayonunda "Ailə institunun inkşafında adət-ənənələrin rolu" mövzusunda tədbirlər keçirilib






Oxşar xəbərlər

Şairin itlərin hücumuna məruz qaldığı an – YENİLƏNİB

Aynur Əfəndi Zadə

Nazir: “Pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”

Aynur Camal

Azərbaycan, Qazaxıstan və Türkiyənin Xarici Işlər Nazirləri və Nəqliyyat sahəsi üzrə məsil Nazirlərinin Birinci Üçtərəfli görüşü başlayıb

Sabina Uğur