Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin məşğulluğuna dəstək“ adlı layihəni 19.07.2024-cü il tarixində Quba rayonunda Əlillərin Resurs Mərkəzində uğurla həyata keçirmişdir.
Layihənin məqsədi Əlillərin məşğulluğuna dəstək verməkdir.
Tədbirdə şəhid ailələri, qazilər, əlillər və ailə üzvləri, Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əhməd Nurullayev, Quba Rayon Məşğulluq İdarəsinin əməkdaşı Murad Qədirov və Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov iştirak etdilər.
Tədbiri Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əhməd Nurullayev açaraq iştirakçıları salamladı.
Sonra layihə rəhbəri Xədicə Mikayılova iştirakçıları salamladı və “Əlillərin məşğulluğuna dəstək“ layihəsi barədə geniş məlumat verdi.
Daha sonra Quba Rayon Məşğulluq İdarəsinin əməkdaşı Murad Qədirov ölkədə əlillərlə, həssas qruplarla aparılan məşğulluq proqramlarından və görülən işlərdən söz açdı.
Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov bu kimi layihələrin əhəmiyyətindən danışdı və qeyd etdi ki, belə layihələr dövlətin vətəndaşlara, xüsusi ilə əlillərə olan qayğının həm də təbliğidir.
Daha sonra layihə barədə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əhməd Nurullayev Xədicə Mikayılovaya belə bir əhəmiyyətli və maarifləndirici tədbirin məhz Quba rayonunda keçirdiyinə görə minnətdarlığını bildirdi.
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədriXədicə Mikayılova “Əlillərin məşğulluğuna dəstək“ layihəsinin icrasına kömək göstərdiyinə görə Quba Rayon İcra Hakimiyyətinə, Quba Rayon Məşğulluq İdarəsinə minnətdarlığını bildirdi.
Layihə rəhbəri eyni zamandaAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə “Əlillərin məşğulluğuna dəstək“ layihəsini maliyyələşdirdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında müzakirələri davam etdirdilər.