22 C
Baku
3 İyun 2025, 10:07
Baş xəbərKriminal

4 nəfərdən ibarət dəstə üzvləri saxlanıldı

Bugun.tv xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 4 nəfər saxlanılıb.

Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.

Həmin şəxslər qrup şəklində Quba rayonuna, – əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Fransada Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb

Aynur Camal

Miçaunq qasırğasının yaratdığı güclü yağışlar nəticəsində 8 nəfər öldü

İntizar Əmirova

Suriya ilə bağlı qərar: Bəzi sanksiyalar qaldırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu