Bugun.tv xəbər verir ki, Qubada “Aprel döyüşləri şanlı tariximiz” adlı tədbir keçirilib. Tədbir Tarix-Diyarşünaslıq muzeyində təşkil olunub. İştirakçılar arasında rayon sakinləri, şəhidlərin ailə üzvləri, məktəblilər də olub. Öncə Azərbaycan Himni səsləndirilib.Daha sonra vətən yolunda canlarından keçən şəhidlərimizin ruhları bir dəqiqəlik sukutla yad edilib.
Muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Mehriban Əliyeva Aprel döyüşçülərinin həyat yolundan, onların igidliklərindən söz açıb.Daha sonra Yeni Azərbaycan Partiyasının Quba rayon şöbəsinin sədri Fidan xanım çıxış edib.
Şəhid Anaları və hərbiçilərimizin çıxışları dinlənilib. Sonda Mehrab Niftəliyev adına texniki liseyin şagirdlər şeirlər səsləndiriblər.
Müxbir: Sevindil Fətəliyev