18 C
Baku
23 Oktyabr 2025, 8:07
Baş xəbərDigər

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirildi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə tədbir rayonun Alekseyevka kənd tam orta məktəbində keçirilib.

Əvvəlcə dövlət himni səsləndirilib, daha sonra isə vətən müharibəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev, şöbə rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov, eləcə də məktəbin pedaqoji heyəti və şagirdlər iştirak ediblər.

DİN-yi sistemində təhsilə təşviq edilmə, polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi mövzusunda məktəblilərlə söhbətlər aparılıb.

Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən tanıtım videoçarxı təqdim olunub.

Mehman Əliyev ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis rəisi orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ukrayna ilə sosial təminat və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparıldı

Aynur Camal

Narkokuryerdən küllü miqdarda narkotik vasitələr götürüldü – FOTO

Teymur Əziz

Toy karvanında avtoxuliqanlıq edən sürücü inzibati həbs edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu