3 C
Baku
14 Dekabr 2025, 8:32
Baş xəbərHadisə

Qubada yol nəqliyyat hadisəsi olub

Bugun.tv xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində  “VAZ 2106” markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən “Mercedes” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Vaqnerin lideri Priqojinin ölümündən əvvəl son görüntüləri yayıldı

Kəmalə Sultan

Yük maşını bara çırpıldı: Ən azı 11 ölü, 40 yaralı!

Aynur Camal

Ölkə tarixində ən böyük almaz hasil edildi (foto)

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu