4 C
Baku
14 Dekabr 2025, 10:59
Baş xəbərKriminal

Quldurluq edən bir qrup şəxs saxlanıldı

Dünən gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

BMT: İsrail İordan çayının qərb sahilində səhiyyə xidmətlərinə girişi əngəlləyir

Aynur Camal

“Bu il “Ədəbiyyat qəzeti”ndə çalışmağımın 10 ili tamam olur”

Aynur Camal

Sosial evlərin satışı davam edir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu