Baş xəbərHadisə

Qum fırtınası baş verdi

Bugun.tv xəbər verir ki, qum və toz fırtınalarının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara müraciətlərin sayı artıb. İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində fırtınalarla bağlı 733 nəfər xəstəxanalara müraciət edib.

Bu barədə İranın rəsmi agentliyi İRNA-ya Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi məlumat verib. “Qum və toz fırtınaları səbəbindən 3 gündə Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərindəki xəstəxanalara 733 nəfər müraciət edib. Bu şəxslərdən 58-i xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb”.

Sistan-Bəlucistan Meteorologiya Baş direktoru Muhsin Haydari havada tozun miqdarının artması səbəbindən Zabulda görmə məsafəsinin 3 kilometrə, Zehekdə isə 2 kilometrə qədər azaldığını bildirib.  Sistan-Bəlucistan valiliyindən edilən yazılı açıqlamada, qum və toz fırtınaları səbəbiylə bu gün Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində dövlət qurumlarının və bankların fəaliyyətinin dayandırıldığı açıqlanıb.

Ötən ay Sistan-Bəlucistan əyalətində qum fırtınaları səbəbindən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu