28 C
Baku
19 İyul 2025, 11:33
Baş xəbərKriminal

Qumbaraatan silahı 3300 manata satmaq istədi

Bərdədə qumbaraatan silahını 3300 manata satmaq istəyən şəxs saxlanılıb.

Bu barədə xəbər Bugun.tv-yə DİN – dən verilib.

Belə ki, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə qumbaraatan silahını əldə edib saxlamaqda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsinə görə məhkumluq həyatı yaşamış Ramil Vəliyev tutulub. Onun yaşadığı ünvandan “RPQ” markalı qumbaraatan silahı aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, bir müddət əvvəl həmin silahı tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini deyib. Silahı 3300 manata satmaq məqsədi ilə özündə saxlayaraq təhvil vermədiyini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Paralimpiya Oyunlarına Sena çayı maneəsi: Yarışlar yenidən təxirə salındı

Aynur Camal

Sosial media dələduzlarının sayı durmadan artır! – Ekspert xəbərdarlıq etdi 

Aynur Camal

Avtomobil orta refüje ağaclara çırpıldı: 3 ölü, 2 yaralı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu