21 C
Baku
16 Sentyabr 2025, 21:18
Baş xəbərHadisə

Qumla doldurulmuş yük maşını sərnişin avtobusuna çırpıldı: 6 ölü, 42 yaralı var

Bugun.tv xəbər verir ki, Dənizlinin Honaz rayonunda qumla doldurulmuş yük maşınının qarşı zolağa keçərək avtobusa çırpılması nəticəsində 6 nəfər həyatını itirib, 42 nəfər isə yaralanıb. Hadisə yerinə polis, jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Qəzada avtobusda yan yatmış 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib. Qəzada xəsarət alan sürücülər və avtobusda olan 40 sərnişin ətrafdakı xəstəxanalara çatdırılıb. Avtobusun toya gedənləri İzmirdən Kayseriyə apardığı, ölənlər arasında polisin də olduğu öyrənilib. Qəza səbəbindən nəqliyyatın hərəkətinə bağlanan magistral işlərdən sonra nəqliyyatın hərəkətinə açılıb.

TRT Haberin məlumatına görə, Dənizli Respublika Baş Prokurorluğu qəza ilə bağlı istintaq başladıldığını və iki dövlət prokurorunun təyin edildiyini açıqlayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Bu iPhone-lar artıq WhatsApp-dan istifadə edə bilməyəcəklər!

Teymur Əziz

Qənirə Paşayeva: “Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir”

Nigar Məmmədova

3 rayonda su kəsildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu