Baş xəbərDünya

Qurani-Kərimə hücum səbəbilə ilk dəfə məhkəmə işi açıldı

Danimarkada ilk dəfə iki nəfər barəsində Qurani-Kərimə hörmətsizlik ittihamı ilə məhkəmə prosesi başlayıb. Kopenhagen Prokurorluğundan verilən yazılı açıqlamada, Qurana uyğun olmayan hərəkət edən iki şəxs haqqında Danimarka Cinayət Məcəlləsinə əsasən ilk dəfə iş faylının hazırlandığı bildirilib.

Açıqlamada, 15 iyun 2024-cü ildə Bornholm adasında keçirilən mitinqdə əlaqədar iki şəxsin Qurani-Kərimə qarşı açıq-aşkar hörmətsizlik etdiyinə diqqət çəkilərək, iş materiallarının Bornholm məhkəməsinə göndərildiyi, lakin dinləmə təqvimi müəyyən edilməmişdir.

Bəyanatda rəyi yer alan Kopenhagen prokuroru Lise Lotte Nilas, “Dəyərləndirmələrimiz işığında ictimai bir yerdə Qurana qarşı nalayiq hərəkətlər edildi və çox sayda insan bu hadisənin şahidi oldu. Baş verənlər sosial mediada paylaşıldı. Facebook platforması və daha geniş auditoriyaya çatdı” deyib.

Prokuror bildirib ki, şübhəlilər üçün cərimə istənilib.

2023-cü il dekabrın 7-də Danimarkada Qurani-Kərimin və müqəddəs kitabların yandırılmasını qadağan edən qanun layihəsi qəbul edilib və qanunu pozanların cərimə və ya iki ilədək həbs cəzası ala biləcəyi açıqlanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Fukusimada tullantı sularının axıdılması ikinci dəfə yoxlanıldı

Aynur Camal

Lavrovun Türkiyə ilə bağlı açıqlaması: Biz onların narahatlıqlarını başa düşürük

Aynur Camal

Almaniya Ukraynaya “Leopard” tankları və zirehli maşınlar üçün sursat göndərdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu