29 C
Baku
28 İyun 2025, 20:05
Baş xəbərHadisə

Quranın yandırılmasına qarşı çıxan şəxsi İsveç polisi susdurdu

Bugun.tv xəbər verir ki, İsveçdə Qurana hücuma yüksək səslə etirazını dilə gətirdiyi üçün polis tərəfindən təxribatın təşkil edildiyi bölgədən uzaqlaşdırılan isveçli Patrik Tovivanen İraq əsilli Salvan Momikanın İsveçlə oyuncaq kimi oynadığını bildirib.

İsveçin paytaxtı Stokholmda Sergelstorg meydanında İraq əsilli Momikanın Qurani-Kərimi yandırmasını tənqid edərək təhlükəsizlik zolağının arxasında qışqıran isveçli Tovivaneni mülki geyimli polis susdurub.

Momikanın İsveçlə oyuncaq kimi oynadığını və hadisə yerində reaksiyasını göstərərkən sistemi pozduğunu ifadə edən Tovivanen açıqlamasında, “Burada çirkin bir şeylər edilir və İsveç sistemi dağılır. İstər sağçı olsun, istər solçu. İnsan sakit olmalı və xaosa şərait yaratmamalıdır”, – deyə bildirib.

Bugün TV

Oxşar xəbərlər

Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb

Bugün TV

Bakıda BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə təlim təşkil olunub

Elnarə Dərziyeva

Sahibsiz bina çökdü: 1 ölü, 1 yaralı var

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu