14 C
Baku
22 Noyabr 2024, 10:31
Hadisə

Quraqlıq 29% artıb

Son 20 il ərzində dünyada quraqlıq 29 faiz artıb. Bu barədə BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyasında bildirilib. Quraqlığın vurduğu ümumi zərərin dəyəri isə 124 milyard dollar səviyyəsində qiymətləndirilir. Araşdırmalar göstərir ki, hazırda quraqlıq təhlükəsi dünyanı daha çox təhdid etməyə başlayıb.

Ekspertlərin qiymətləndirmələrinə əsasən, iri quraqlıqlar dünyanın 23 ölkəsində qeydə alınıb ki, bunların da çoxu Afrika və Asiyanın payına düşür. 2030-cu ilədək dünya əhalisinin 700 milyon nəfəri “iqlim qaçqınına” çevrilə bilər. 21-ci əsrin ortalarında isə bu rəqəmin 70 faizə qədər yüksəlməsi gözlənilir.

Bugun.tv xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhəri iqlim böhranı ilə mübarizədə maraqlı üsullara əl atıb. Şəhər rəhbərliyi tərəfindən sakinlərə duş vaxtını 4 dəqiqəyə endirmək tövsiyə edilib. Bağları sulamaq üçün isə həftədə iki gün icazə veriləcək.

Ştatın bələdiyyə sədri Erik Qarsettinin sözlərinə görə, bu barədə ciddi marifləndirmə aparılmalıdır. “Sudan istifadədə qənaət etməliyik. Bağınızdakı otları daha az su tələb edən bitkilərlə əvəz edin ,” – deyə o, bildirib.

Quraqlığın təsirindən hər il məhsuldarlıqda 12-15 faizə qədər azalma baş verir. Yağışın yağmaması quraqlığı yaradan əsas amillərdən hesab olunur.

Coğrafiya elmləri doktoru Rza Mahmudov deyir ki,  son 800 ildə ən çox quraqlıq son 20-30 ilə düşür. “Xüsusən 2000-2004-cü ildə daha böyük quraqlıq dövrü olub. Amma bununla belə 2014-cü ildə Şimali Amerikada ən böyük quraqlıq müşahidə olunub. 2015-2018-ci illər dünyada ən isti illərdir. Bundan başqa, 2021-ci ildə ən isti illərdən biri olduğuna görə dünyada quraqlıq sahələrinin artması baş verir. Məhsuldarlıq azalır və bu da dünya əhalisinin ərzağa olan təminatını biraz da çətinləşdirir”.

Qlobal miqyasda yaranan problem ölkəmizdə də özünü hiss etdirir. Son illərdə iqlim dəyişmələri fonunda müşahidə edilən quraqlıq və bunun nəticəsində ölkənin əsas su mənbəyi sayılan Kür çayının səviyyəsinin kəskin azalması bir sıra regionlarda su çatışmazlığına səbəb olub. Respublika ərazisində yağıntının və buzlaq sularının səviyyəsinin 2 dəfə aşağı düşüb.

  1. R. Mahmudovun sözlərinə görə, respublikada quraqlıq ərazilər az deyil. “Bu problemlə biz də üzləşirik. Bildiyiniz kimi bizim respublikanın çox hissəsi ayrı iqlim zonasında yerləşir. Kür-Arazda, Qobustan-Abşeronda, Arazın sahilində quraqlıq ərazilər və s. Bunlara da ən əsas təsir qlobal iqlim dəyişikliyinin regional təsiridir”.

Qeyd edək ki, quraqlıq ən çox iqtisadi itkilər törədən fəlakətlərdən biridir və zərərçəkənlərin sayına görə ən təhlükəlisidir. Buna görə də, bu məsələyə biganə yanaşmamalıyıq

Bugün TV

Oxşar xəbərlər

Yüngül ticari avtomobil ilə minik avtomobili toqquşub

Bugün TV

İki ailə arasında çıxan döyüşdə 17 adam nəzarətə alındı

Kəmalə Sultan

14 zəhər satıcısı həbs edildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu