16 C
Baku
22 Aprel 2025, 11:16
Baş xəbərMaraqlı faktlar

Qurban bayramı necə qeyd olunmalıdır?

Qurban bayramı

Qurban bayram islam dünyasının ən qədim və müqəddəs bayramlarından hesab olunur.

Nazirlər Kabinetinin “2023-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, iyunun 28, 29-u Qurban bayramı günləri kimi müəyyən edilib.

İbrahim peyğəmbərin həyatında baş vermiş hadisədən sonra qurban kəsmə adəti bu günümüzə qədər gəlib:

Rəvayətə görə Allah İbrahim peyğəmbər və oğlu İsmayılın imanını yoxlamaq üçün, İbrahim peyğəmbərdən oğlunu qurban etməyi əmr edir. İbrahim peyğımbər əsl dindar olaraq ona verilən əmri yerinə yetirməyə, İsmayıl isə həqiqətən də bu yolda qurban olmağa hazır idi. Onlar yol qət edərkən Taqut (Şeytan) onları yoldan çıxartmağa çalışsa da peyğmbər və onun imanlı oğlu şeytanı daşlayaraq qovmuşdular və Allah onların imanına görə qurbanlıq qoç göndərmişdi.

Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin yəni hicrinin ikinci ilindən sonra islam aləmində qurban kəsiminin başqa məqsədləri və səbəbləri yaranmışdır. Qurban kəsmək böyük ruh yüksəkliyi, bərabərlik, kasıblar köməklik, xeyriyyəçilik əlamətləri qazanmışdır.

Üç gün davam edən Qurban bayramı hər il hicri qəməri təqvimi ilə zilhiccə ayının 10-cu günündə başlayır. Bu bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilərək, niyyətə görə bir hissəsi pay göndərilir.

Şəriət qaydalarına görə qurban əti əvvəlcə üç hissəyə bölünməli, bir hissəsi qurban sahibinə və ailəsinə, ikinci hissəsi dost və qohumlarla, üçüncü hissəsi isə qurban kəsə bilməyən, ehtiyyacı olanlara paylanmalıdır. Lakin qurban kəsən insan zəngindirsə və evində, ailəsinə yetəcək qədər ət azuqəsi varsa qurbanın hamısını kasıblara paylaya bilər.

Qurban əti bölüşdürülərkən çalışmaq lazımdır ki, hər kəsə eyni qədər və heyvanın hər yerindən pay olunsun. Lakin istər qurban olsun istərsə adi halda kəsilmiş heyvanın 7 yerini yemək şəriətdə qəbul olunmur:
  1. Axan qan
  2. Zəkəri (heyvanın cinsi orqanı)
  3. Husyələri (qoç yumurtası adlanan yerləri)
  4. İfrazat
  5. Öd kisəsi
  6. Dişi heyvanın önü
  7. Məsanəsi (sidik kisəsi)

Qurban kəsilmiş heyvanın dərisi namaz qılan kasıb müsəlmana verilsə daha xoş qarşılanar. Nə edildiyi və nə üçün istifadə olunacağı bilinməyən yerlərə verilə və ya pulla satıla bilməz. Lakin evdə istifadə edilə bilər.

Qurban kəsməyin ən gözəl şərtləri odur ki, bunu yalnız qurban kəsməyə imkanı olan şəxslər etməlidir və bun onların boynunda haqdır. İmkanı olmayan şəxlər isə əgər qurban deyirlərsə onu yalnız imkanları olduğu halda kəsə bilərlər və bu mərasim din, məzhəb kimi ayrı seçkiliyə yol vermir. Kəsinlən qurban istənilən dinə sahib olan kasıb və ehtiyyacı olanlara verilə bilər.

Kəsilən qurbanlarınız qəbul olsun!

Qeyd: Məqalə hazırlanarkən müxtəlif internet resusrlarından istifadə olunub.

Bugun.tv

Qurban bayramı 2023

Bugün TV

Oxşar xəbərlər

30 Avqust Qələbənin 102-ci ildönümü qeyd olunacaq

Aynur Camal

Dünya ulduzu Hulk Super Liqaya gəlir

Teymur Əziz

Fransadan Ukraynaya 195 milyon avro yardım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu