17 C
Baku
10 İyun 2025, 6:44
Baş xəbər

Qurban bayramının fəzilətləri

Bildiyimiz kimi, Qurban Bayramı günləridir. Biz də Bugun.tv televiziyası olaraq, bu müqəddəs bayram münasibətilə fəlsəfə doktoru, dinşünas Elvüsal Məmmədov müəllimdən müsahibə aldıq.

O, Qurban Bayramının fəzilətlərindən danışarkən bildirdi ki, qurban kəsmək adi ayin deyildir. Qurban kəsmək hər şeydən əvvəl Allaha itaəti ifadə edir. Çünki, bu Allahın bizdən istədiyi ibadətlərdən biridir. Bununla yanaşı biz Qurban kəsməklə bu ibadətin tarixi ilə əlaqəli İbrahim və İsmayıl peyğəmbərlərimizin xatirəsini əziz tuturuq. Qurban bir ibadətdir. Biz bu ibadətə əməl etməklə özümüzdəki ibadət şüurunu möhkəmləndiririk. Qurban Allaha qarşı həssas imanı ifadə edir. Buna şəriətdə təqva deyirlər. Allah Quran-i-Kərimdə buyurur ki, kəsdiyiniz heyvanların nə ətindən nə qanından mənə heç nə çatmaz. Mənə çatan sizin təqvanızdır. Yəni həssas, itaətkar imanınızdır.

Həmçinin qurban kəsmə yaxud qurban bayramının ictimai faydaları da vardır. Bu bayram köməkləşməni, birliyi, qardaşlığa çatmanı ifadə edir. Qurban bayramı sevinc, sevindirmə bayramdır. Çünki, bu bayramda kəsilən qurbanlıqların əti kasıblara, imkansızlara, yoxsullara paylanılır.

Qurbanı kimlər kəsməlidir?

“Qurbanı maddi cəhətdən inkanı çatan şəxslər kəsir. Düzdür şəriətdə Qurban kəsmək fərz (vacib) deyildir. Bu bəyənilən əməldir və peyğəmbərimiz (s.ə.s) bunu bizə tövsiyə etmişdir. Yəni kimin ki, maddi cəhətdən  imkanı çatır, borcu yoxdur, qurban kəsdiyi təqdirdə bu onun gündəlik və aylıq yaşayışına təsir göstərmirsə, yaxud gündəlik ehtiyaclarını ödədikdən sonra, kənara pul qoymağa imkanı çatan şəxslər qurban kəsə bilərlər. Amma kimlərin ki, qurban kəsdirməyə imkanları yoxdursa bu keçərlidir. Qeyd etdiyimiz kimi, şəriət onsuzda qurban kəsməyi vacib buyurmamışdır”.

Qurbanı kəsə bilməyənlərin qarşısında hər hansısa bir öhdəlik vardırmı?

“İmkanı olmadığı üçün qurban kəsə bilməyənlər narahat olmamalıdırlar. İslam dini asanlıq dinidir. Şəriət bizə heç vaxt çəkə bilməyəcəyimiz mükəlləfiyyət yükləmir” deyə professor vurğulayıb.

Bayramınız mübarək!

Allah ibadətlərinizi qəbul etsin!

Aynur Camal

Oxşar xəbərlər

Elmi fantastika filmi gerçəkləşdi! Laboratoriya toyuqları rəflərdə öz yerini aldı

Aynur Camal

Yaponiya İrandan Rusiyaya silah verməməyi tələb edəcək

Kəmalə Sultan

“Günahsız qatil” gəlir!

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu