İdman

Qurban Qurbanov: “Çox sərt komandaya qarşı oynayacağıq”

Bugun.tv  xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Belçikada “Gent”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O, vacib görüşə ciddi hazırlaşdıqlarını bildirərək deyib: “Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox sərt komandaya qarşı oynayırıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik”.

Mühüm əhəmiyyət kəsb edən qarşılaşmada klubun prezidenti Tahir Gözel də komandanın yanında olacaq.

Qeyd edək ki, fevralın 23-dən 24-nə keçən gecə “Xelamko Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bu komandalar arasında Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilir

Aynur Camal

“Qarabağ”ın oyunu ölkənin ən böyük ekranında

Aynur Camal

“Qarabağ” – “Qalatasaray” oyununa bilet satışı rekord həddə çatdı-YENİLƏNİB

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu