23 C
Baku
9 İyun 2025, 23:53
Baş xəbərİdman

Qurban Qurbanov püşklə bağlı fikrini bildirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib.

Bugun.tv xəbər verir ki, bu barədə Ağdam klubunun sosial media hesabında məlumat yer alıb.

“Neçə gün idi ki, püşkdə hansı komanda ilə düşəcəyimizi gözləyirdik. “Linkoln” Cəbəllütariq çempionudur və bəzən belə komandaların püşkdə çıxması insanlara və futbolçulara mane olur, rəqibi o qədər də ciddiyə almırlar. Amma bizim illərdir ki, Avropada təcrübəmiz var, illərdir bu cür komandalara qarşı oynayırıq. Elə ən çətin qarşılaşmalarımız da belə komandalara qarşı olur. Başda mən olmaqla, əsas da ilk turlarda diqqətli olmalıyıq. Bu rəqibə qarşı əvvəlki illərdəkindən daha ciddi yanaşmalıyıq. İllərdir bu işin içindəyik. Bu gün futbol tam dəyişib. Bütün ölkələr, komandalar futbol oynamağı bacarır. Üzərimizə böyük məsuliyyət düşür. İnşallah, çalışacağıq ki, ilk oyuna komandanı fiziki, taktiki və psixoloji cəhətdən tam hazır edək. Bugünkü məlumata görə, rəqib oyunlarını süni örtüklü meydanda keçirir. Bu da ola bilsin ki, bizə əlavə çətinlik yaratsın. Belə meydanlarla, belə oyunlarla daha əvvələr də üzləşmişik. İlk oyun səfərdə olduğu üçün həddindən artıq diqqətli yanaşacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”, -Q. Qurbanov qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

Aİ Rusiyanın nüvə sınaqlarının dayandırılması ilə bağlı sazişdən çıxmasına reaksiya verdi

Teymur Əziz

2500 manat dəyərində fotoaparatı oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Kəmalə Sultan

Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında növbəti görüşü keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu