27 C
Baku
10 İyun 2025, 12:09
İdman

Q.Qurbanovdan qış transferləri ilə bağlı AÇIQLAMA

“Hazırda “Qarabağ“ın danışıqlar apardığı futbolçular var. Deyə bilərəm ki, danışıqlar gərgin gedir”.

Bu sözləri Bugun.tv saytına müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, qış transfer pəncərəsi zamanı oyunçu almaq istədiklərini və bu istiqamətdə səylə çalışdıqlarını deyib:

“İstəyirik ki, oyunçular alaq. Daha çox orta xətt və hücuma futbolçu axtarırıq. Müdafiə xətti üçün də axtarışdayıq. Ümumiyyətlə, hər mövqelər diqqətimizdədir. Bəzən bizim bir mövqedə üç oyunçumuz olsa da, orada istəyimiz dördüncü futbolçu olanda da onunla maraqlanırıq. Yəni komanda istirahətə getsə də, biz fəaliyyətdəyik və iş dayanmır. Gedənlərin qarşısını almağa, gətirmək istədiklərimizi isə transfer etməyə çalışırıq”.

Oxşar xəbərlər

O’Malley UFC ağır çəkidə titulunu müdafiə edir

Bugün TV

Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı

İntizar Əmirova

Türkiyə kubokunun tarixləri açıqlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu