10 C
Baku
14 Mart 2026, 12:18
Dünya

Quruda yaşaya bilən balıq növü kəşf edildi

Bugun.tv xəbər verir ki, Cənubi Amerika ölkəsi Boliviyada saatlarla sudan kənarda qala bilən və fərqli nəfəs alma tərzinə malik yeni balıq növü kəşf edilib. Tədqiqatçı Heinz Arno Drawert tərəfindən kəşf edilən yeni balıq növləri könüllü olaraq sudan çıxdı, saatlarla çöldə qaldı və nəfəs almağa davam etdi. Uzun illərdir balıq növləri ilə bağlı geniş araşdırmalar apardığını bildirən Drawert, “Bu qəribə balığın uzunluğu təxminən beş santimetrə çatır, gövdəsi yaşılımtıl-boz, rəngli ləkələri və naxışları var. Müəyyən və müvəqqəti su ekosistemlərində yaşayır” ifadələrdən istifadə etmişdir. Bu balıq növünün sudan öz iradəsi ilə çıxdığına diqqət çəkən Drawert, “Yumurtaları quraqlığa dözə bilir, onları gölməçələrin dibində palçığa və torpağa basdırırlar. Yumurtalara heç bir şey olmaz. bu balığın əsas xüsusiyyətlərindən biri yumurtaların uyğunlaşmasıdır” qiymətləndirməsini etdi.

TRT Haberin məlumatına görə, yeni kəşf edilən balıq növlərinin qorunması lazım olduğunu vurğulayan araşdırmaçı Drawert, “Son 20-30 ildə onların tapıldığı ərazidə böyük bir genişlənmə var. Yaşayış yerlərinin çoxu artıq mövcud deyil, asanlıqla deyə bilərik ki, Onların təbii yaşayış yerlərinin 60-70 faizi yox olub” dedi.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Donald Trump: “İranın uranini ələ keçirmək üçün əməliyyat mümkündür”

Aynur Camal

İsrail Ordusu Lübnanlılara: “Hizbullah-a qarşı çıxın” çağırışı

Aynur Camal

İran Parlamentinin Sədri: “Tramp və Netanyahu xəyallarını irəlilətmək üçün ABŞ əsgərlərini qurban verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu