“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin (ƏBƏU,İB) Sosial Xidmət Agentliyi tərəfindən maliyyələşdirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi bu səfər Qusar rayonu üzrə həyata keçirildi.
Bugun.tv xəbər verir ki, layihənin əsas meyarları, uşaqlrın təsbit edilməsi, əlaqələrin yaradılması məqsədi ilə müxtəlif qurumlarla əməkdaşlıq əlaqələri yaradılıb. Layihədə 100 nəfər 03-18 yaş arası ƏOU-r Sosial Reabilitasiya Mərkəzinə cəlb edilib. Hər bir uşaq üçün fərdi qayğı planını hazırlanıb və fəaliyyətlər aşağıdakı sahələri əhatə edib:
- – Psixologi testlərin aparılması;
- – Uşaqların qiymətləndirilməsi;
- – Uşaqlarl bağlı anketlərin doldurulması;
- – Ailələrlə müqavilənin bağlanması
- – Ünvanı müəyyənləşdirilmiş ailələrin qiymətləndirilməsinin həyata keçirilməsi;
- – Ailələrə konsultasiya üçün Ailəyə Dəstək otağı və ya mərkəzinin təşkil edilməsi;
- – Reabilitasiya əsaslı sosial xidmətlər və digər reabilitasiya müəssisələri arasında göndəriş strukturunun həyata keçirilməsi;
- – Bu kimi preventiv müdaxilə hallarına davamlı nəzarətin təşkili;
- – Praktiki İş– alternativ qayğı xidmətləri ƏBƏU.İB-nin -işçi heyəti;
- – Alternativ qayğı xidmətlərindən istifadə edən bütün uşaqlar üçün fərdi uşaq inkişafı planının hazırlanması davamlı təşkil edilir.
- – Sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkilində sağlamlıq imkanları məhdud uşaqlar üçün alternativ qayğı xidmətlərinin təminatçısı olması haqda yerli məlumatlandırma (ailələrin) kampaniyasının həyata keçirilmişdir.
- – Uşaqların, valideynlərin, işçi heyətinin iştirak etdiyi tədbirlər davamlı təşkil olunur.
Sosial Reabilitasiya Mərkəzində görüşlərin təşkili ƏOŞ-ın cəmiyyətə inteqirasiyasına dəstək olur. Əlilliyi olan uşaqlarla davranış qaydaları, evdə valideyinlərin bu uşaqlarla ünsiyyət qurmaları, onlarla həssas davranılma istiqamətləri kimi sahələri əhatə edir.
Layihə rəhbəri Firuzə Babayeva tərəfindən davranışlarında müəyəyən problemləri olan uşaqların inkişafının nəticələri müşahidə edilməsi üçün valideyinləri əlavə olaraq konsultasiyalara cəlb edir. Həmin konsultasiyalarda dövlət qurumlarının nümayəndələri də iştirak edir. Layihəyə cəlb olunan uşaqların valideyinləri maarifləndirici məlumatlarla təmin edilrlər. Sosial Reabilitasiya Mərkəzinə rayon Bələdiyyəsi və yerli İcra Hakimiyyəti, mərkəzə gələn valideyinlər tərəfindən uşaqlar yönləndirilib. Mütamadi olaraq, SXA-nin əməkdaşları manitorinqlər aparararaq, fəaliyyətlərin inkişafına nəzarət edirlər. Bütün bu irəliləyişlər əsasən layihədə pasientlərə, ailələrin maraqlarına dəstək məqsədi ilə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin (ƏBƏU,İB) layihə əməkdaşları, fəallar tərəfindən təşkil edilir.
Sosial işçi və psixoloq tərəfindən ailələrə səfərlər edilmişdir. Həmin ailələrdə olan uşaqların ailə vəziyyəti lə bağlı proqram hazırlanmışdır.
Nəticə olaraq ümumilikdə cəlb olunan uşaqlarda inkişafına daha çox nail olundu. Ünsüyyət, davranış, hərəkətlərdə sakitlik, qavrama, zehni inkişaf kimi nəticələr hər bir cəlb olinan uşaqlarda müşahidə olunur.
Mənbə: “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi (ƏBƏU,İB).