7 C
Baku
7 Fevral 2026, 13:44
Kriminal

Qusarda tapdığı silahı satmaq istəyən və işlədiyi obyektən oğurluq edən şəxslər saxlanılıblar

Bugun.tv xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verib. Qusar RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədərayon sakini, əvvəllər məhkum olunmuş Teymur Ağaməmmədov saxlanılıb.

Həmin şəxsin üzərindən satmaq məqsədilə daşıdığı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayon sakini Ramazan Əliyev saxlanılıb. Həmin şəxs ayrı-ayrı vaxtlarda kirayə qaldığı evdən və işlədiyi obyektdən soyuducu, televizor və pul oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 1512 manat ziyan vurub.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Teymur Ağaməmmədovun barəsində həbs, Ramazan Əliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

$600 Körpə Satışı: İndoneziyada Uşaq Alveri Üzüyü oğurlandı

Aynur Camal

“İnter-Server” 35 illiyini qeyd edir

Aynur Camal

Ölüm səbəbi nədir?- Araşdırılır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu