11 C
Baku
23 Dekabr 2024, 17:56
Dünya

Quterreş Ankara bəyanatına görə prezident Ərdoğana təşəkkür edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Efiopiya ilə Somali arasında imzalanan Ankara Bəyannaməsini alqışladığını və prezident Rəcəb Tayyib Ərdoğana iki ölkə liderlərinin bir araya gəlməsi və razılığın əldə edilməsində oynadığı rola görə təşəkkür etdiyini bildirib.

Baş katibin Ankara Bəyannaməsini qiymətləndirməsi ilə bağlı BMT sözçüsü tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada, Quterreşin Ankara Bəyannaməsini alqışladığı, Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədin mübahisəli məsələləri dostluq və qarşılıqlı hörmət çərçivəsində həll etmək qərarına gəldiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Quterreş texniki danışıqların başlanmasını və prosesin müsbət nəticələrini səbirsizliklə gözləyir.

“BMT-nin baş katibi iki ölkə liderlərini bir araya gətirməkdə göstərdiyi təşəbbüsə və sazişin həyata keçirilməsinə verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirir”. Bəyanatda BMT-nin prosesi dəstəkləməyə hazır olduğu vurğulanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

BƏƏ-nin şimalında Yeni il atəşfəşanlığı iki dünya rekordu qırdı

Bugün TV

Qasırğa səbəbindən minlərlə insan təxliyə edilib

Kəmalə Sultan

Prezident Ersin Tatara hücum təşkil olundu-FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu