8 C
Baku
23 Dekabr 2024, 9:25
Dünya

Quterreş Ankara bəyanatına görə prezident Ərdoğana təşəkkür edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Efiopiya ilə Somali arasında imzalanan Ankara Bəyannaməsini alqışladığını və prezident Rəcəb Tayyib Ərdoğana iki ölkə liderlərinin bir araya gəlməsi və razılığın əldə edilməsində oynadığı rola görə təşəkkür etdiyini bildirib.

Baş katibin Ankara Bəyannaməsini qiymətləndirməsi ilə bağlı BMT sözçüsü tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada, Quterreşin Ankara Bəyannaməsini alqışladığı, Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədin mübahisəli məsələləri dostluq və qarşılıqlı hörmət çərçivəsində həll etmək qərarına gəldiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, Quterreş texniki danışıqların başlanmasını və prosesin müsbət nəticələrini səbirsizliklə gözləyir.

“BMT-nin baş katibi iki ölkə liderlərini bir araya gətirməkdə göstərdiyi təşəbbüsə və sazişin həyata keçirilməsinə verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirir”. Bəyanatda BMT-nin prosesi dəstəkləməyə hazır olduğu vurğulanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Putin Ukraynaya səfəri zamanı dublyordan istifadə edib?-İDDİA

Nigar Məmmədova

Hesablamaları alt-üst etmək üçün bir kiçik daş kifayətdir! Apofis bir neçə ildən sonra dünyanın sonu ola bilər

Aynur Camal

Ağ Evdə qonaq edilən basketbolçunun huşunu itirməsi panikaya səbəb olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu