Baş xəbərDünya

Qvatemala ABŞ-dan deportasiya edilənləri qəbul edəcək

Qvatemala prezidenti Bernardo Arevalo ABŞ-dan deportasiya edilən mühacirlərin qəbulu ilə bağlı yeni razılaşma əldə etdiklərini açıqlayıb. Prezident Bernardo Arevalo Mərkəzi Amerika ölkəsi Qvatemalada rəsmi səfərdə olan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb və birgə mətbuat konfransında çıxış edib.

Arevalo ABŞ-dan deportasiya edilən Qvatemala vətəndaşları ilə yanaşı, digər ölkə vətəndaşlarının da qəbul ediləcəyini və bu şəxslərin repatriasiya prosesinin nəqliyyat xərclərinin ABŞ tərəfindən qarşılanacağını bildirib.

ABŞ ilə yeni razılaşma çərçivəsində deportasiya uçuşlarının sayının 40 faiz artırılacağını bildirən Arevalo, miqrasiya probleminin uzunmüddətli perspektivdə həlli üçün iqtisadi inkişafın vacibliyini vurğuladı.Arevalo, “Təhlükəsiz ölkə kimi bir anlayış yoxdur. Nə bu başlıq, nə də bu məzmunda hər hansı bir mövzu müzakirə edilməmişdir. İndi əlimizdə olan yeni bir immiqrasiya tənzimləməsidir. Ehtiyaclara cavab verən immiqrantları qəbul etməyə razı olanları müəyyən etmək üçün fərqli şirkətlər və özəl sektorla danışıqlar aparırıq” dedi.

ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə 2024-cü ildə ümumilikdə 61 min 680 Qvatemalalı ABŞ-dan deportasiya edildiyi halda, 2023-cü ildə bu rəqəm 55 min 302 olaraq qeydə alınıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Ankarada DAEŞ əməliyyatında 19 nəfər saxlanıldı

Nigar Məmmədova

Dünyanın ən dadlı kran suyunun haradadır?

Aynur Camal

ABŞ-da bir-birinin ardınca təyyarə qəzaya uğradı! Faktla bağlı araşdırmalara başlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu