Baş xəbər

Qədim Yerixo şəhərinin Dünya İrs Siyahısına daxil edilməsinə İsraildən reaksiya gəldi!

Bugun.tv xəbər verir ki, İsrail Qədim Yerixo şəhərinin (Telle es-Sultan) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilməsinə reaksiya verib.

İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bu qərarın fələstinlilərin YUNESKO-dan istifadə etməsinin və təşkilatın siyasiləşməsinin göstəricisi olduğu irəli sürülüb.

Bəyanatda İsrailin qəbul etdiyi bütün pis qərarların dəyişdirilməsi üçün çalışacağı qeyd edilib.

Fələstinin Turizm və Qədim Əsərlər naziri Rula Muaya bu gün YUNESKO-nun Yerixo Qədim Şəhərini (Telle es-Sultan) Dünya İrs Siyahısına daxil etdiyini açıqlayıb.

İsrail 2011-ci ildə təşkilatın Fələstini üzv dövlət kimi qəbul etməsinə qarşı çıxıb və 2019-cu ildə YUNESKO-nun qərəzli olduğunu iddia edərək təşkilatdan çıxıb.

Bugün TV

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu