17 C
Baku
10 İyun 2025, 4:54
Dünya

Qəfil hava dəyişiklikləri baş verdi

İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi Yunanıstanda hava şəraitinin qəfil dəyişməsi ilə əlaqədar hazırlıq vəziyyətinə düşüb.

Yunanıstan bir tərəfdən həddindən artıq istilərlə, digər tərəfdən isə şiddətli tufan və daşqınlarla mübarizə aparır.

Ölkə ərazisində qəfil hava şəraitinin dəyişməsi təşviş yaradıb. Yunan mətbuatında yer alan xəbərdə ildırım çaxması səbəbindən bir çox yerdə yanğınların başladığı, İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin həyəcan vəziyyətində olduğu bildirilib.

Nazirliyin məlumatına görə, yerli vaxtla saat 13.00-17.00 radələrində ildırım çaxması nəticəsində 39 məntəqədə yanğın baş verib.Thassos, Kozani, Fokida və Korinfdə ildırım çaxması nəticəsində yanğın baş verərkən, Dedeağaçda leysan yağışları dərə və çayların daşmasına səbəb olub.

Səlahiyyətlilər vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib.

Korinfdə yanğına müdaxilə edən yanğınsöndürən yaralanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Yeni araşdırmanın təəccüblü nəticəsi: Buzlaqların əriməsi təbii hadisələri artıra bilər

Aynur Camal

Küveytdə yeni hökumət quruldu: 2-si qadın olmaqla 4 yeni ad açıqlandı

İntizar Əmirova

Qəzza zolağına onlarla insan həlak oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu