30 C
Baku
28 İyun 2025, 17:19
Baş xəbər

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə tanınmış alim, dilçi, şair Mahirə Nagı qızı Hüseynovanın yaradıcılıq gecəsi keçirilmişdir – FOTO

Beynəlxalq Mugam Mərkəzində Qərbi Azərbaycan İcmasının Qadinlar Şurasının sədri, millət vəkili Məlahət İbrahim qızının təşkilatçılıgı ilə tanınmış alim, dilçi, şair Mahirə Nağı qızı Hüseynovanın yaradıcılıq gecəsi keçirilmişdir.

Bugun.tv xəbər verir ki, tədbirdə çıxış edən natiqlər bildirib ki, Mahirə xanım Nağıqızı bugün elmi fəaliyyəti ilə bərabər ölkənin ictimai həyatında fəal iştirak edir.

Onun Qərbi Azərbaycan İcmasının fəaliyyətində də çox böyük əməyi var və Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.

Çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor Mahirə Nağıqızı 60-dan çox elmi əsər, monoqrafiya, tədqiqat əsərlərin müəllifidir. Bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir. Müasir Azərbaycan poeziyasında imzası ilə tanınan və sevilən şairə Mahirə Nağıqızı Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur. Onun 70-dən çox şerinə musiqi bəstələnib.

Qeyd edək ki, ədəbiyyatşünas alim, istedadlı şairə, elm və maarif təşkilatçısı kimi Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı” elmi-puplisistik verilişin müəllifidir.

Aynur Camal

Oxşar xəbərlər

Taxta ev çökdü: 1 yaralı var

Bugün TV

6,2 bal gücündə zəlzələ baş verdi

Nigar Məmmədova

Prezident İlham Əliyev “Şimal” Elektrik Stansiyasının yeni estakadasının və su nasos stansiyalarının açılışında iştirak edib – VİDEO

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu