Baş xəbərDünya

Qətər səkkiz Hindistan vətəndaşının edam cəzasını yüngülləşdirdi

Qətər məhkəməsi edam cəzasına məhkum edilən səkkiz vətəndaşı barədə Hindistanın verdiyi apellyasiya şikayətinə baxıb və cəzanın yüngülləşdirilməsi haqqında qərar qəbul edib.

Bugun.tv xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ətraflı qərar gözlənilir. Biz gələcək addımlarımızla bağlı hüquqşünaslar qrupu və məhkumların ailə üzvləri ilə sıx əlaqə saxlayırıq”, – nazirliyin bəyanatında belə deyilir.

Prosesin məxfi və həssas xarakter daşıdığını əsas gətirərək əlavə şərh verməkdən yayınan XİN bundan sonra da öz vətəndaşlarına lazımi konsulluq və hüquqi yardım göstəriləcəyini vurğulayıb.

Qeyd edək ki, Hindistan vətəndaşları 2022-ci ilin avqustunda Qətərdə İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb. Onların hamısı Hindistan Hərbi Dəniz Qüvvələrinin keçmiş əməkdaşlarıdır. İttiham olunan hindistanlılar Qətər hərbçilərinə təlim keçən və digər əlaqəli xidmətlər göstərən “Dahra Global Technologies and Consultancy Services” kompaniyasında çalışıb. Onlar Qətərin sualtı proqramı barədə məlumatları İsrailə ötürməkdə ittiham olunur.

Kəmalə Sultan

Oxşar xəbərlər

O, terminalın tualetində unudulmuş 26 min avronu sahibinə qaytarıb.

Bugün TV

100 miqrant saxlanıldı – FOTO

Elnarə Dərziyeva

Azərbaycanın xarici işlər naziri Qırğızıstanda rəsmi səfərdədir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu