Baş xəbərDünya

Qətər Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına 10 min konteyner ev göndərəcək

Mövzu ilə bağlı Qətər Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada Qətərin xilasetmə işləri çərçivəsində Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə 10 min konteyner evi göndərəcəyi qeyd edilib.

Qətərin rəsmi agentliyi olan QNA-da yer alan xəbərdə Qətər əmiri Şeyx Təmim bin Hamed Al Thani-nin Türkiyəyə “hava körpüsü” yaradılmasına göstəriş verdiyi bildirilib.

İlk olaraq Beynəlxalq Qətər Axtarış və Xilasetmə Qrupundan bir qrupun hava gəmisi ilə gələcəyi bildirilən xəbərdə bu komandanın səhra xəstəxanası quracağı, humanitar yardım, qış şəraiti ilə mübarizə üçün materiallar və çadırlar gətirəcəyi bildirilib. Mənbə: aa.com.tr

Aynur Camal

Oxşar xəbərlər

Meksikada immiqrantları daşıyan avtobus aşdı: 18 nəfər öldü

Bugün TV

İsrail qüvvələri Qəzzaya zərbələr endirdi

Nigar Məmmədova

Paytaxtda yanğın hadisəsi baş verdi – FOTOLAR + VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu