Bugun.tv xəbər verir ki, söhbət Fransanın “Air France” şirkətindən gedir. Paris Məhkəməsi Rio-Paris reysi zamanı qəzaya uğrayan təyyarə ilə bağlı qərarını açıqlayıb. Mütəxəssislər sözügedən hadisədə “Air France”ın günahının olmadığını bildiriblər. Onlar qəzanın təyyarədə hündürlük göstəricilərinin pozulduğu üçün baş vermə ehtimalına diqqət yetiriblər.
Xatırladaq ki, 1 iyun 2009-cu ildə Rio-de-Janeyrodan Parisə gedərkən Atlantik okeanı üzərində qəzaya uğrayan təyyarədə 1-i türk sərnişin olmaqla, 228 nəfər həlak olub.
Mənbə: TRT haber
