16 C
Baku
22 Aprel 2026, 18:19
Baş xəbərDünya

Qəzaya uğrayan təyyarədə 4 uşaq sağ tapıldı

Bugun.tv xəbər verir ki, Kolumbiyadan7 nəfərlə birlikdə yoxa çıxan və qalıqları tapılan kiçik təyyarədə olan 4 uşaq sağ tapılıb. Sağ qalanlar arasında 11 aylıq körpənin də olduğu öyrənilib.

Kolumbiya prezidenti Qustavo Petro, Twitter hesabından verdiyi açıqlamada, “Əsgərlərimizin gərgin axtarışları nəticəsində Quaviarada qəzaya uğrayan təyyarədəki 4 uşağın sağ olduğunu gördük. Bu, bizim üçün böyük sevincdir” deyib.

Qəzaya uğrayan təyyarədə “möcüzə” nəticəsində sağ qalan 11 aylıq körpənin olduğu, qardaşların meşədə aşkar edildiyi bildirilib.

13 yaşlı Lesli Bonbaire, 9 yaşlı Soleiny Ranoque, 4 yaşlı Tien Ronoque və 11 aylıq körpə Cristian Ranoque-un qəzadan necə sağ çıxması və 17 gün sağ qalması ilə bağlı təfərrüatlar paylaşılmayıb.

Blu Radio-nun xəbərində bacıların ən böyüyü Leslinin kiçik qardaşlarını yaşatmaq üçün meşədə müvəqqəti sığınacaq qurduğu paylaşılıb.

Xatırladaq ki, ötən həftə Quaviare inzibati bölgəsinin San Xose şəhərində qəzaya uğradığı güman edilən kiçik HK 2803 təyyarəsi itkin düşmüşdü. Qəzada sərnişinlərdən 4-nün həyatını itirdiyi bildirilib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu